Layihə Haqqında
Bu tədqiqat layihəsi Azərbaycanın İT əmək bazarında süni intellektin yaratdığı dəyişiklikləri, yaranan fürsətləri və risklərini kompleks şəkildə araşdırmaq məqsədi daşıyır.
Tədqiqat Məqsədi
Azərbaycanın İT sektorunda süni intellektin əmək bazarına funksional və strateji təsirini empirik məlumatlar əsasında müəyyənləşdirmək.
Hədəf Qrup
İT mütəxəssisləri, şirkət rəhbərləri, HR menecerlər, universitetlər və dövlət qurumları — 300+ iştirakçı cəlb ediləcək.
Gözlənilən Nəticə
Dəlilə əsaslanan siyasət tövsiyələri, akademik hesabatlar, vizual nəticə paneli və qərar qəbulu üçün praktiki çərçivə.
Süni İntellekt və Əmək Bazarı
Qlobal texnoloji dəyişikliklər əmək bazarının strukturunu kökündən dəyişdirir. Azərbaycanda bu proses həm fürsətlər, həm də ciddi risklər yaradır.
Ətraflı oxuAvtomatlaşma Riski
Bəzi İT rolları avtomatlaşdırma ilə yox olmaq təhlükəsi ilə üzləşir. Bu tendensiya peşəkar yenilənməni zəruri edir.
Yeni Peşə Sahələri
Süni intellekt insan-AI əməkdaşlığına əsaslanan yeni iş profillərinin yaranmasına zəmin yaradır.
Siyasət Boşluğu
Azərbaycanda bu sahədə empirik tədqiqatlar və dövlət siyasəti çərçivəsi hələ tam formalaşmayıb.
Necə Tədqiq Edirik?
Kəmiyyət Sorğusu
Strukturlaşdırılmış online sorğu vasitəsilə 300+ İT mütəxəssisindən məlumat toplanır. Likert şkalası və çoxseçimli suallar istifadə edilir.
Keyfiyyət Müsahibələri
Seçilmiş İT şirkəti rəhbərləri və ekspertlərlə dərinləşdirilmiş yarıstrukturlu müsahibələr aparılır.
Analitik Sintez
Statistik analiz (SPSS/R) və tematik kodlaşdırma ilə kəmiyyət və keyfiyyət nəticələri birləşdirilir.
Layihə Komandası
dos. Təranə Əliyeva
Layihə Rəhbəri
01 iyun 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, 1981–1986-cı illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə tamamlamışdır. 1986–2001-ci illər ərzində Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda və Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda mühəndis, mühəndis proqramçı, baş laborant və müəllim vəzifələrində çalışmışdır. 2004-cü ildə 05.13.18 – “Riyazi modelləşdirmə, hesablama üsulları və proqram kompleksləri” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. 2006-cı ildən “İnformasiya sistemləri və texnologiyaları”, daha sonra “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında dosent kimi fəaliyyət göstərir. Hazırda “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti, “Kompüter elmləri” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının rəhbəridir. 2006–2019-cu illərdə Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi çıxış etmişdir. Müxtəlif illərdə dissertasiya şuralarında elmi seminar üzvü olmuşdur. Elmi pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin Fəxri Fərmanı (2006), UNEC-in Fəxri Fərmanı (2017), “Qabaqcıl Təhsil İşçisi” döş nişanı (2020) və UNEC rəhbərliyinin təşəkkürnaməsi (2022) ilə təltif edilmişdir. 70 dən çox elmi məqalə, tezis və ədəbiyyat mənbəsinin, həmçinin 5 dərs vəsaiti, 1 dərsliyin, 1 kitab bölməsinin, 18 tədris proqramının və 4 metodik vəsaitin müəllifidir.
Şamil Hümbətov
Layihə İcraçısı
Şamil Hümbətov bakalavr və magistr təhsilini Qafqaz Universitetində “Hesablama texnikasının və avtomatik sistemlərin proqram təminatı” ixtisası üzrə tamamlamışdır. Hazırda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru dissertasiyası üzərində çalışır və tədqiqatlarında böyük həcmli sosial məlumatların MapReduce texnologiyaları vasitəsilə emalı və analizi məsələlərini araşdırır. Onun əsas elmi maraq sahələrinə Human-Computer Interaction (HCI), proqram təminatı mühəndisliyi, informasiya sistemləri, məlumatların analizi və rəqəmsal transformasiya daxildir. Şamil Hümbətov həmçinin Azərbaycanda istifadəçi təcrübəsi və HCI sahəsində tədqiqatların inkişafına yönəlmiş HCI.AZ təşəbbüsünün təsisçisidir. O, müxtəlif beynəlxalq konfrans və elmi tədbirlərdə iştirak etmiş, akademik layihələrin və tələbə tədqiqatlarının təşkilində fəal rol oynamışdır. Texnologiya, təhsil və innovasiyanın kəsişməsində fəaliyyət göstərərək gənc mütəxəssislərin rəqəmsal bacarıqlarının inkişafına töhfə verməyə çalışır.
Tərəfdaş Şirkətlər
Layihə Yenilikləri
Sorğunun Hazırlıq Mərhələsi Tamamlandı
Strukturlaşdırılmış sorğu sualları ekspert paneli tərəfindən yoxlanılmış və pilot test uğurla keçirilmişdir.
UNEC-in Aparıcı Ekspertləri ilə Müsahibə Seriyası
Layihə komandası İT sahəsinin tanınmış mütəxəssisləri ilə dərinləşdirilmiş müsahibələrə başlayıb.
Beynəlxalq Konfransda Layihənin Tanıdılması
Tədqiqatın ilkin konseptual çərçivəsi beynəlxalq akademik auditoriyaya təqdim edilmişdir.
Sorğuya İştirak Edin
Azərbaycanın İT gələcəyinin formalaşmasına töhfə verin. Sorğunu doldurmaq yalnız 10 dəqiqə çəkir — məlumatlarınız tamamilə anonim saxlanılır.